AZ

ABŞ Husilərin Ədən körfəzində gəmilərə hücumlarını dəf edib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, Yəmən husilərinin Ədən körfəzində təşkil etdiyi hücumda ABŞ və beynəlxalq koalisiya gəmiləri və ticarət gəmiləri zərər görməyib...Poliqon xəbər verir ki, ABŞ ordusu Husilərin daha iki hücumunu dəf edərək, dörd PUA-nı məhv edib.“Raket çox güman ki, 18 amerikalı və 4 yunan ekipaj üzvü olan ABŞ bayrağı altında üzən “MV Yorktown” gəmisinə yönəlib. Nə ABŞ, nə də kommersiya gəmiləri hər hansı xəsarət və ya dağıntı barədə məlumat verməyib”, deyə CENTCOM X sosial mediasında yazıb.Yəmənin “Ənsar Allah” hərəkatının hərbi nümayəndəsi Yəhya Sariya bildirib ki, husilər Ədən körfəzində Amerika esminesinə və həmçinin iki digər gəmiyə, Amerikanın “Maersk Yorktown” və İsrailin “MSC Veracruz” gəmilərinə hücum ediblər hücum edib.. Zərbə raketlər və dronlarla həyata keçirilib.Qeyd edək ki, 2023-cü ilin noyabrında husi qruplaşmasının nəzarətində olan Yəmən silahlı qüvvələri Qırmızı dənizdəki istənilən İsrail gəmisinə hücum etmək niyyətində olduqlarını açıqlayıblar. Husilər hərəkətlərini İsraillə müharibədə Fələstinin HƏMAS hərəkatını dəstəkləməklə izah ediblər.Ötən ilin dekabrında Birləşmiş Ştatlar Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək üçün çoxmillətli missiyanın işə başladığını elan edib.Poliqon.info

Seçilən
75
22
Mənbələr
Şərh ()
Bağla