AZ

Azərbaycanın sığorta bazarı - 8%-ə YAXIN BÖYÜYÜB

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 373 milyon 140 min manat sığorta haqqı toplanılıb.

FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 7,6 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 153 milyon 327 min manat təşkil edib. Bu isə illik müqayisədə 49,9 % çoxdur.

Ötən 3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 29,5 manat olub. (Report)

Seçilən
11
2
Mənbələr
Şərh ()
Bağla