AZ

Azərbaycanın sığorta bazarı 8 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 373 milyon 140 min manat sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 7,6 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 153 milyon 327 min manat təşkil edib. Bu isə illik müqayisədə 49,9 % çoxdur.

Ötən 3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 29,5 manat olub.

Report

Seçilən
13
2
Mənbələr
Şərh ()
Bağla