AZ

“İrana növbəti hücumda İsraildən heç nə qalmayacaq” – Rəisi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“İsrail İslam Respublikasına yenidən hücum edərsə, ondan demək olar ki, heç nə qalmayacaq”.

İnterpress.az xəbər verir ki, IRNA.İran prezidenti İbrahim Rəisidən sitat gətirib.

Rəisi bu barədə Pakistanın Lahor Universitetində tələbələr qarşısında çıxışı zamanı bildirib.

“İsrail yenidən səhv edib İran ərazisinə hücum edərsə, tamamilə fərqli nəticələrlə üzləşəcək və İsraildən nəyinsə qalıb-qalmayacağı bəlli deyil”, – Rəisi deyib.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran İsrailə doğru 300-ə yaxın raket və pilotsuz uçan aparat atıb. Bu zərbə İranın Dəməşqdəki konsulluğuna edilən və beş İran əsgərinin öldürüldüyü hücuma cavab idi.

İsrail Müdafiə Qüvvələri (IDF) İranın 14 aprel zərbəsində hədəflərin 99%-nin tutulduğunu bildirib. İran cavab hücumunda “daha ​​böyük güclə” zərbə endirəcəyini vəd edib.

Aprelin 19-da mətbuatda İsrailin İrana zərbə endirməsi xəbəri yayılıb. Tehran yalnız hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti barədə məlumat verib, İrandakı zərbələr barədə xəbərləri şərh etməyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
19
1
Mənbələr
Şərh ()
Bağla