AZ

Bioloji Təbabət – İnteqrativ Müalicə Mərkəzi beynəlxalq simpoziuma sponsorluq etdi

Xəbər verdiyimiz kimi, 2024-cü il, aprelin 20-də “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi”nin təşkilatçılığı, “Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi”, “Afgen Genetik Diaqnoz Mərkəzi” və “Planeta” Apteklər Şəbəkəsinin sponsorluğu ilə JW Absheron Marriott Otelində “Xroniki xəstəliklərin diaqnostika və müalicəsinə müasir yanaşma” adlı I Beynəlxalq Elmi-Praktiki Simpozium keçirilmişdir. Simpoziumun tərəfdaşı qismində isə “Azərbaycan Pediatrlar Assosasiyası” iştirak edirdi. Ölkə miqyasında seminar, tədbir və konfranslar keçirilməsində müəyyən təcrübəsi olan “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi” nin təşkiatçılığı ilə bu dəfəki simpoziumda da 350-dən çox elmi işçi, həkim və səhiyyə idarəçisi bir araya toplanmışdı.
Növbəti illərdə də keçirilməsi planlaşdırılan Beynəlxalq Simpozium Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə start verib. Daha sonra 44 günlük Vətən Müharibəsi Şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə isə “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi”nin təsisçisi, Elxan Ənvər oğlu Yaqubov çıxış edib. E. Yaqubov simpozium iştirakçıları və mühazirəçiləri salamlayandan sonra təşkilatçı olan Mərkəzin və İnteqrativ tibbin ölkəmizdəki inkişaf mərhələlərindən bəhs edib. Bildirib ki, indiyə qədər keçirilən seminar, təbdir və konfranslarda 6000-dən çox həkim İteqrativ Tibbin müalicə metodları barədə nəzəri biliklərə yiyələnib. Bu təlimlərdən yararlanan həkimlərin səyi nəticəsində xroniki və autoimmun xəstəliklərin uzunmüddətli və qalıcı effektləri ölkə vətəndaşlarının sağlamlığına müsbət təsir göstərib. Bu da İnteqrativ Tibbin ölkə səhiyyəsinə verdiyi töhfədir. Daha sonra söz mühazirəçilərə verilib. Türkiyə, İsveçrə və İtaliyanın tanınmış həkim və İnteqrativ tibb üzrə ekspertlərinin, həmçinin, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin professor və həkimlərinin maraqlı mühazirələri bir-birini əvəz edib. Öncə t.e.d. Prof. Fikriyyə İbrahimli “Xroniki xəstəliklərin müalicəsində yeni imkanlar” mövzusundakı mühazirəsini simpozium iştirakçılarına təqdim edib. Daha sonra İsveçrənin Sonnenberq Biomed mərkəzinin təsisçisi və baş həkimi, Dr.med. Thomas Rau “Bioloji Təbabət paradiqması. Xroniki xəstəliklərin kompleks terapiyasında effektiv müalicəsi”, “Xəstəliklərin xronikləşməsində Leaky Gut (dəlikli bağırsaq) sindromunun rolu və effektiv müalicəsi” və “Degenerativ xəstəliklərin İnteqrativ Tibblə müalicəsi” ilə bağlı 3 müxtəlif mövzuda mühazirə söyləyib. Simpoziuma dəvət olunanlar T. Raunun mühazirəsi sayəsində sözü gedən xəstəliklərin müalicəsinə müasir yanaşmalar haqda geniş informasiya əldə ediblər. Daha sonra Türkiyədən dəvətli “Bütüncül Tıp Məktəbi”nin qurucusu və rəhbəri Dr. med. Murat Baş “Kronik hastalıklarda Bütüncül Yaklaşım. Kök etyopatogenez” mövzusundakı mühazirəsini iştirakçıların nəzərinə çatdırıb. Növbəti mühazirəçi “GUNA Pharmaceuticals” şirkətinin Elmi direktoru Alessandro Perra “Xroniki dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsində kiçikdozalı preparatların istifadəsi” mövzusu ilə çıxış edib. İtaliyanın tanınmış mütəxəssisinin elmi cəhətdən əsaslandırdığı fikirləri simpozium iştirakçılarının marağına səbəb olub. Qeyd etdiyimiz kimi, simpoziumda əcnəbi mühazirəçilərlə yanaşı yerli həkimlərimiz də çıxış edirdi.Terapevt, İnteqrativ tibb üzrə ekspert Arzu Musayevanın “Şəkərli diabetin fəsadlarının müalicəsində yeni imkanlar” mövzusundakı mühazirəsi informasiya baxımından zənginliyi ilə fərqlənirdi. Həkim-qastroenteroloq, İnteqrativ tibb üzrə ekspert Arzu Quliyevanın mühazirəsi isə “Bağırsağın iltihabı xəstəliklərinin müalicəsində yeni imkanlar” mövzusuna həsr olunmuşdu. A.Quliyevanın İnteqrativ Tibb metodları ilə müalicəsi sayəsində sağlamlıqlarına qovuşan onlarla yerli və xarici pasientin uğurlu nəticələrinin video görüntüləri də simpozium iştirakçılarına təqdim olunub. Sonda simpozium iştirakçıların xatirə fotosu ilə öz işinə yekun vurub.    

Saglamolun.Az





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23962
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13334
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10869
Helikopter qəzası ilə bağlı yeni xəbər
6521
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5715
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5547
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4777
Rəisi öldü, Pakistanda matəm elan edildi
4753
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3904
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3737
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3595
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3485
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3069
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2949
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2768
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2542