AZ

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı mərkəzləşdirilmiş qaydada bir mərhələdə keçirilir və imtahanda bakalavrların məntiqi təfəkkürü, informatika və xarici dil üzrə bilikləri yoxlanılır.

Publika.az xəbər verir ki, 2024-cü ildən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən bakalavrlar xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatı, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin növləri üzrə (danışıq bacarığı istisna olmaqla) kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama və yazı bacarıqları əhatə olunmaqla nümayiş etdirməlidirlər.

Qəbul imtahanında bakalavrlar yazı bacarıqlarının yoxlanılması üçün onlara təqdim edilən iki mövzudan birini seçməklə esse yazırlar.

Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrların yazdıqları esselərin qiymətləndirilmə meyarları DİM-in saytında yerləşdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
20
Mənbələr
Şərh ()
Bağla