AZ

Paşinyan Qazaxın 4 kəndini buna görə geri qaytardı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycana məxsus 4 kəndin geri qaytarılması reallığını anlamasının səbəblərindən biri növbəti müharibədə məğlub olacağını anlamasıdırsa, digər səbəbi İkinci Qarabağ müharibəsindən sonra ordudakı islahatları sürətləndirə bilməməsidir. Ermənistan hökuməti ordu islahatlarının ümumi konsepsiyasını hələ formalaşdıra bilməyib. Ermənistan ordusu yerində sayarkən, Azərbaycan Ordusu modernləşir, Silahlı Qüvvələrin yeni qoşun növləri formalaşır, Türkiyə standartları mənimsənilir və alınan yeni hərbi texnika ilə zənginləşir.

Publika.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində bildirilib.

Qeyd edilib ki, Ermənistanın hərbi xərcləri 4.1 faizdən 5.5 faizə qədər artırılıb:

“Əgər Ermənistan 2022-ci ildə hərbi xərclərə büdcədən 795 milyon dollar ayırmışdısa, 2023-cü ildə bu rəqəm 1 milyard 330 milyon dollara çatıb. Ancaq erməni ekspertləri artan rəqəmin ordunun ehtiyaclarını ödəmədiyi qənaətindədirlər. Həmin ekspertlər hesab edirlər ki, Ermənistan hökumətinin Fransa və Hindistandan aldığı silahlar ordunun hərbi texnikaya olan ehtiyacının çox cüzi hissəsini təmin edir və alınan hərbi texnika ümumi konsepsiyanın tərkib hissəsi deyil. Yəni Fransa və Hindistan Ermənistana nə təklif edirlərsə, İrəvan onları alır. Başqa sözlə, Ermənistan istədiyini deyil, təklif ediləni almaq məcburiyyətindədir. Halbuki Ermənistan ordusu üçün müxtəlif dövlətlərdən alınan eyni adlı hərbi texnikanın bir-biri ilə inteqrasiyası da ciddi suallar doğurur.

Seçilən
17
6
Mənbələr
Şərh ()
Bağla