AZ

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycana məxsus 4 kəndin geri qaytarılması reallığını anlamasının səbəblərindən biri növbəti müharibədə məğlub olacağını anlamasıdırsa, digər səbəbi İkinci Qarabağ müharibəsindən sonra ordudakı islahatları sürətləndirə bilməməsidir. Ermənistan hökuməti ordu islahatlarının ümumi konsepsiyasını hələ formalaşdıra bilməyib. Ermənistan ordusu yerində sayarkən, Azərbaycan Ordusu modernləşir, Silahlı Qüvvələrin yeni qoşun növləri formalaşır, Türkiyə standartları mənimsənilir və alınan yeni hərbi texnika ilə zənginləşir.

Axar.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində bildirilib.

Qeyd edilib ki, Ermənistanın hərbi xərcləri 4.1 faizdən 5.5 faizə qədər artırılıb:

“Əgər Ermənistan 2022-ci ildə hərbi xərclərə büdcədən 795 milyon dollar ayırmışdısa, 2023-cü ildə bu rəqəm 1 milyard 330 milyon dollara çatıb. Ancaq erməni ekspertləri artan rəqəmin ordunun ehtiyaclarını ödəmədiyi qənaətindədirlər. Həmin ekspertlər hesab edirlər ki, Ermənistan hökumətinin Fransa və Hindistandan aldığı silahlar ordunun hərbi texnikaya olan ehtiyacının çox cüzi hissəsini təmin edir və alınan hərbi texnika ümumi konsepsiyanın tərkib hissəsi deyil. Yəni Fransa və Hindistan Ermənistana nə təklif edirlərsə, İrəvan onları alır. Başqa sözlə, Ermənistan istədiyini deyil, təklif ediləni almaq məcburiyyətindədir. Halbuki Ermənistan ordusu üçün müxtəlif dövlətlərdən alınan eyni adlı hərbi texnikanın bir-biri ilə inteqrasiyası da ciddi suallar doğurur.

Baş nazir Nikol Paşinyan mövcud durumu dəyişmək iqtidarında deyil, o zamanla mübarizə aparır. Paşinyan növbəti müharibənin Ermənistan ordusundakı çatışmazlıqları bir daha üzə çıxaracağı qənaətindədir. Paşinyan İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti Ermənistanın keçmiş rəhbərlərinin yarıtmaz fəaliyyəti ilə əlaqələndirmişdi. Paşinyan məhz keçmiş prezidentlər Robert Köçəryanın və Serj Sərkisyanın ordu üçün gərəkli hərbi texnika almadığını, alınanların isə işə yaramadığını vurğulamışdı. Müharibədən 3 il yarım zaman keçib və Paşinyan bundan sonra ordudakı vəziyyətə görə artıq keçmiş rəhbərliyi ittiham edə bilməz. Ermənistan Rusiyadan silah və hərbi texnika alışını xeyli dərəcədə azaldıb. Paşinyan silahı və hərbi texnikanı Rusiyanın əvəzinə Qərb ölkələrindən alacağına ümid edirdi. Ancaq Fransanın xaricində Qərb ölkələrindən Ermənistana hələ ki, silah və hərbi texnika satan yoxdur. Digər tərəfdən Ermənistan hökuməti hərbi xərcləri artırarkən sosial xərcləri azaltmaq məcburiyyətində qalacaq. Bu isə Ermənistanda narazılığın artmasına səbəb olacaq. Ona görə də bu vəziyyətdən yeganə çıxış yolu İrəvanın Bakı ilə dialoqu genişləndirməsi və razılaşmaların sayını artırmasıdır. Ermənistanın Azərbaycanla sülh əldə etməsi qonşu ölkənin onsuz da kasad olan büdcəsinin hərbi xərclərini artırmaqdan xilas edə bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8176
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5265
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5080
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4821
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4597
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3775
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3088
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2807
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2770
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2729
Sabah 20 dərəcə isti olacaq
2680
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2290
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2252
Röyanın biabırçı videosu yayıldı
2209
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2103
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2078
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1844
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1710
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1676
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1611