AZ

Rusiyada külli miqdarda rüşvət alan vergi rəisi tutuldu

Rusiyanın Novosibirsk vilayətində vergi departamentinin rəhbəri milyonlarla rubl rüşvət aldığı üçün saxlanılıb.   Manset.az  lent.az-a istinadən bildirir ki, rəis yerli şirkətə vergi yoxlamasından keçməyə və onun nəticələrini saxtalaşdırmağa kömək edəcəyini söz verib. Bunun üçün şirkətdən 5 milyon rubl (təxminən 91 min manat) məbləğində rüşvət alıb. Məbləğin bir hissəsi işçiyə vasitəçi vasitəsilə köçürülüb, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə ediblər.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxsin tutulması məsələsi həll edilir.

Seçilən
206
31
Mənbələr
Şərh ()
Bağla