Rusiyanın Novosibirsk vilayətində vergi departamentinin rəhbəri milyonlarla rubl rüşvət aldığı üçün saxlanılıb. Manset.az lent.az-a istinadən bildirir ki, rəis yerli şirkətə vergi yoxlamasından keçməyə və onun nəticələrini saxtalaşdırmağa kömək edəcəyini söz verib. Bunun üçün şirkətdən 5 milyon rubl (təxminən 91 min manat) məbləğində rüşvət alıb. Məbləğin bir hissəsi işçiyə vasitəçi vasitəsilə köçürülüb, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə ediblər. Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxsin tutulması məsələsi həll edilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.