AZ

Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin “Zirvə Görüşü” keçiriləcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Mayın 31-dən iyunun 2-nə qədər Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin növbəti “Zirvə Görüşü” keçiriləcək.

Bunu İnterpress.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, tədbirdə Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) prezidentlik səlahiyyətləri AQC sədri olaraq onun şəxsində Azərbaycana, vitse-prezidentlik səlahiyyətləri isə Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçecinin timsalında Türkiyəyə ötürüləcək.

V.Oruc “Zirvə Görüşü”nə Rusiyadan, Belarusdan və digər ölkələrdən qiymətləndirmə birliklərinin rəhbərlərinin də qonaq qismində qatılacağını bildirib.

“Bakı Zirvəsi”ndə Azərbaycanın dövlət rəsmilərinin, millət vəkillərinin, ictimaiyyət xadimlərinin və kütləvi informasiya vasitələrinin də iştirak edəcəyini deyən AQC sədri tədbirə yüksək səviyyədə hazırlığın təmin olunması məqsədilə Təşkilat Komitəsinin təsis edildiyini söyləyib.

“Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun qəbulundan və Azərbaycan Qiymətləndiricilər Palatasının formalaşmasından ciddi gözləntiləri olduğunu bəyan edən sədr rəhbəri olduğu cəmiyyətin bu prosesdə yaxından iştirak etdiyini qeyd edib. O əlavə edib ki, Qiymətləndiricilər Palatasını formalaşdırmaq üçün təsis olunan Təşkilat Komitəsinin fəaliyyətində də AQC yaxından iştirak edir: “İstər Dövlət İmtahan Mərkəzinin təşkil edəcəyi imtahanlarda test bazasının hazırlanmasında, istərsə də yeni qanunun işlək mexanizmlərinin formalaşmasında fəal iştirak edirik. Eyni zamanda daşınmaz əmlakın qiymətləndirilməsi üzrə növbəti təlimə də start vermişik. Qaydalara müvafiq olaraq təlim iştirakçıları yekunda imtahanda iştirak edəcək və müvəfəqiyyət qazanan iştirakçılara sertifikatlar təqdim olunacaq”.

O vurğulayıb ki, Palatanı formalaşdırmaq üçün təsis olunan Təşkilat Komitəsinə müraciət qəbul olunub. Qiymətləndirmə subyektləri Təşkilat Komitəsindən onlara müqavilə əsasında fəaliyyət göstərən təsisatlarla əməkdaşlığın davam etdirilməsinə şərait yaradılması üçün bir il müddətində güzəşt tətbiq olunmasını xahiş ediblər.

V. Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin nəzdində Bank Ekspert Şurasının təsis edildiyi və hazırda hər bankdan bir nəfər olmaqla 11 bank rəsmisinin Şurada təmsil olunduğu barədə məlumat verib. O, əlavə edib ki, gələcəkdə onların sayının artacağı gözlənilir.

Seçilən
7
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
188
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
162
BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
155
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
155
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
145
Azərbaycanda bu məhsul bahalaşdı
133
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
132
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
117
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
111
Həlak olan şəxslər sabah dəfn olunacaq
104
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
103
Helikopter qəzası ilə bağlı yeni xəbər
99
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
97
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
83
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
81
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
79
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
76
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
70
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
70
İrandakı helikopter qəzasında diqqətdən yayınan MƏQAMLAR
68