AZ

Pirallahı rayon icra hakimiyyətinin əməkdaşları üçün təlim keçirilib

Hüquq və İnsan Haqları İnstitutu müxtəlif dövlət qurumlarının (orqanlarının) əməkdaşları üçün mütəmadi olaraq insan hüquq və azadlıqlarının müdafiəsi mövzularında silsilə təlimlər keçirir. Bu istiqamətdə keçirilən təlimlərin davamı olaraq İnstitutun təlimçi-ekspertləri aprelin 23-də Pirallahı Rayon İcra Hakimiyyətinin 25 nəfər əməkdaşı üçün təlim keçiblər.
Təlimdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov açılış nitqi ilə çıxış edərək bildirib ki, Hüquq və İnsan Haqları İnstitutunun təşəbbüsü ilə keçirilən bu təlimlər yerli icra hakimiyyəti əməkdaşlarının işində peşəkarlığı artırmaqla yanaşı, həm də icra hakimiyyətlərinin müasir tələblərə cavab verən orqanlar kimi formalaşmalarına və dövlət idarəetməsində daha yaxşı göstəricilər əldə etmələrinə kömək edə bilər.
Daha sonra İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev çıxış edərək təlim iştirakçılarına institutun fəaliyyəti haqqında ümumi məlumat verib və gələcək perspektivlərdən söz açıb. Sədr müavini institutun insan hüquqları sahəsində apardığı maarifləndirici təlimlərin sayının günü-gündən artdığını da xüsusilə vurğulayıb.
Təlimdə institutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı, eyni zamanda həmin şöbənin təlimçiləri Heydər Həsən oğlu Əliyev və Ülvi Abbasov təqdimatlarla çıxış ediblər.
Təlim “Vətəndaşların müraciətlərinə baxılması”, “Korrupsiya, rüşvət və etik davranış” və “Sosial mediada məsuliyyət” mövzularını əhatə edib.
Sonda təlim mövzuları ətrafında geniş müzakirələr aparılıb və təlimin qiymətləndirilməsi keçirilib. Həmçinin təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Qabil YUSİFOĞLUXQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24104
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13488
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11293
Helikopter qəzası ilə bağlı yeni xəbər
7481
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5768
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5571
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5435
Rəisi öldü, Pakistanda matəm elan edildi
5147
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3980
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3783
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3682
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3537
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3275
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3094
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2783
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2549