AZ

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Rabitəbank elm, təhsil və maariflənmənin inkişafına dəstək məqsədilə 23 Aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini həyata keçirib.

Fins.az xəbər verir ki, bank Ağdam rayon Ə.Allahverdiyev adına Alıbəyli kənd tam orta məktəbinin ibtidai sinfində təhsil alan 100-dən çox şagird üçün məktəbli ləvazimatları və kitablar hədiyyə edib. Məqsəd uşaqları oxumağa həvəsləndirmək, onlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaqdan ibarətdir.

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən aksiyada məktəblilərə təqdim edilən kitablar klassik və müasir ədəbiyyatı əhatə edir. Bura nağıllar, uşaq ədəbiyyatı, dünya və Azərbaycan ədəbiyyatından nümunələr və bu qəbildən olan digər kitablar daxildir. Əlavə olaraq, çanta, qələm, dəftər, rəngli karandaşlar, rəsm dəftəri və digər dəftərxana ləvazimatları da uşaqlara təqdim edilib.

Qeyd edək ki, Rabitəbank məktəbliləri kitabla təmin etməyi artıq bir ənənə halına çevirib. Belə ki, bank yaranmasının 30 illiyi və Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Kitab Gəzər”in təşkilati dəstəyi ilə Azərbaycanın müxtəlif bölgələrinin 30 ucqar kənd məktəbini ziyarət edərək, orada təhsil alan şagirdlər üçün kitabxanalar qurub. Bundan başqa, bank Bakının Nardaran qəsəbəsində 130 nömrəli məktəbi ziyarət edib, məktəblilərlə görüşərək onlara 400-dən artıq kitab hədiyyə edib. Məqsəd təqdim edilən kitablardan ibarət yeni kitabxanalar qurmaqla şagirdlərdə oxumağa qarşı olan sevgi və marağı artırmaq, onları gələcəkdə böyük nailiyyətlər əldə etməyə sövq etməkdir.

"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Fuad Mədətov
Fins.az

Seçilən
16
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
467
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
403
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
326
Azərbaycanda bu məhsul bahalaşdı
308
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
290
Helikopter qəzası ilə bağlı yeni xəbər
275
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
271
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
266
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
263
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
245
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
238
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
237
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
221
Həlak olan şəxslər sabah dəfn olunacaq
200
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
199
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
189
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
179
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
169
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
161
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
140