AZ

Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?

Yaratdığı məişət qalmaqallarına görə, cəmiyyətdə müntəzəm olaraq tənqid hədəfinə çevrilən  bəzi sosial yönümlü verilişlərin mövsüm  sonunda, yəmni iyun ayının axırında birdəfəlik efirdən yığışdırılacağına dair iddialar yayılıb.

Sosial şəbəkələrdə yayılmış məlumata görə, ATV-də Zaur Bəxşəliyevin “Bizimləsən”, ARB-də Xoşqədəm Hidayətqızının “Səni axtarıram”, Elgiz Əkbərin “Elgizlə izlə”, Xəzər TV-də Lalə Azərtaşın “Təsir dairəsi”, Zaur Kamalın “Həmin Zaur” verilişlərinin bağlanması ilə bağlı artıq yekun qərar verilib və  sentyabr ayından efirdə  daha səviyyəli verilişlərin yayımlanması gözlənilir.

Lent.az bu məlumatın nə dərəcədə doğru olub –olmadığını  öyrənməyə çalışdı.

ARB-dən sorğumuza cavab olaraq bildirildi ki, efir toru barədə öncədən məlumat verməyi etik hesab eləmirlər:
“Hansı verilişlərin efirə gedəcəyi hələ bilinmir. Çünki 2025-ci ilin efir şəbəkəsi üzümüzə gələn iyun ayında müzakirə olunacaq. Hansı verilişlərin təqdim olunacağı barədə öncədən məlumat vermək olmur”.

 Xəzər TV-dən Lalə Azərtaşın “Təsir dairəsi” verilişinin yığışdırılması barədə məlumat təsdiqlənsə də, “Həmin Zaur” verilişİnin taleyi barədə məlumat verilmədi.

ATV kanalından  isə ümumiyyətlə, bu barədə heç bir məlumat verə bilməyəcəklərini bildirdilər.

“Bəzi verilişlərin efir müddəti azaldılıb, amma onlara qadağa qoyulmayıb” deyə qeyd edildi. 

Qeyd edək ki, bu iddiaların səslənməsinin səbəbi özəl telekanalların rəhbərlərinin bir müddət əvvəl Prezident Administrasiyasına çağırılaraq, sosial yönümlü proqramların məzmunu ilə bağlı ciddi xəbərdarlıq almalarıdır.
Görünən odur ki, özəl telekanallar hələlik “qızıl yumurtlayan toyuqlarını”, yəni cəmiyyətini mənəviyyatını korroziyaya uğratsa belə, böyük pullar qazandıran proqramlarını kəsmək fikrində deyillər.
.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
1785
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
1481
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
1104
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
975
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
796
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
629
Röyanın biabırçı videosu yayıldı
602
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
595
Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
543
Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb
537
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
507
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
488
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
452
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
447
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
421
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
416
Magistraturaya qəbulun yekun nəticələri açıqlandı
352
Sabah 20 dərəcə isti olacaq
343
Xanım fanatı azərbaycanlı müğənniyə “Porsche” bağışladı - VİDEO
298
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir - FOTO 
294