AZ

Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix

Azərbaycan telekanallarında hökm sürən biabırçı vəziyyət tezliklə aradan qalxa bilər. Ölkənin efir məkanı ciddi islahatlar ərəfəsindədir. 

News24.az xəbər verir ki, bu barədə Yenisabah.az-a ATV-nin məsul əməkdaşlarından biri məlumat verib. Onun sözlərinə görə, cəmiyyətin ən çox narazılıq etdiyi sosial məzmunlu verilişlərin ömrünün başa çatmasına lap az qalıb. O, bu qərarın təkcə təmsil etdiyi telekanala aid olmadığını bildirib. Qeyd edib ki, ATV-də Zaur Bəxşəliyevin “Bizimləsən”, ARB-də Xoşqədəm Hidayətqızının “Səni axtarıram”, Elgiz Əkbərin “Elgizlə izlə”, Xəzər TV-də Lalə Azərtaşın “Təsir dairəsi”, Zaur Kamalın “Həmin Zaur” verilişlərinin bağlanması ilə bağlı artıq yekun qərar verilib. 

Məlumatlı şəxs iddia edib ki, teleməkandakı islahatlar gələn aydan başlayacaq. Onun sözlərinə görə, bu sıraya ilk növbədə verilişlərin vaxtının qısaldılması daxildir. Bununla paralel olaraq, mövzu seçiminə, studiyaya qonaqların dəvət edilməsinə də nəzarət olunacaq. Cəmiyyətdə mənfi reputasiyaya sahib olan şəxslər bundan sonra qapı arxasında qalacaqlar. 

Mənbə adıçəkilən verilişlərin efirdən tamamilə qaldırılacağı tarixi də açıqlayıb. Bildirib ki, cəmiyyətdə müntəzəm olaraq tənqid hədəfinə çevrilən bu verilişlər sezon sonunda - iyun ayının axırında birdəfəlik efirdən yığışdırılacaq. Sentyabr ayından efir məkanına daha səviyyəli verilişlərin “ayaq açması” gözlənilir. 

Qeyd edək ki, özəl telekanalların rəhbərləri bir müddət əvvəl Prezident Administrasiyasına çağırılaraq, sosial yönümlü proqramların məzmunu ilə bağlı onlara ciddi xəbərdarlıq edilmişdi.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23528
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
20972
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16978
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14605
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11488
Helikopterin qalıqları tapılıb
10171
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7384
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6716
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5610
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5435
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5334
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4221
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4221
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3692
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
3523
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2971
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2199
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2125
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1883