AZ

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Ağdamda

Bakı, 23 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkası aprelin 26-da Ağdamın Quzanlı qəsəbəsində təşkil olunacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, yarmarkada işsiz və işaxtaran şəxslərə 12 müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 170 vakansiya təqdim ediləcək.

Yarmarka iştirakçılarına Agentliyin icra etdiyi layihə və tədbirlər barədə ətraflı məlumat da veriləcək.

Yarmarka saat 11:00-dan 13:00-dək davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
7
Mənbələr
Şərh ()
Bağla