AZ

Ağdamda əmək yarmarkası keçiriləcək

Ağdamda əmək yarmarkası keçiriləcək.

Bu barədə FED.az-a Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, yarmarka aprelin 26-da Ağdamın Quzanlı qəsəbəsində təşkil olunacaq.

Yarmarkada işsiz və işaxtaran şəxslərə 12 müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 170 vakansiya təqdim ediləcək.

Yarmarka iştirakçılarına Agentliyin icra etdiyi layihə və tədbirlər barədə ətraflı məlumatlar da veriləcək. Yarmarka saat 11:00-dən 13:00-ə kimi davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
7
Mənbələr
Şərh ()
Bağla