AZ

Britaniyadan Ukraynaya yeni yardım paketi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Britaniya Ukraynaya yeni yardım paketini açıqlayıb.Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb.“Baş nazir mənə yarım milyard funt sterlinqlinq həcmdə müdafiə dəstəyi paketinin ayrılması barədə məlumat verdi. “Storm Shadow” və digər növ raketlər, yüzlərlə zirehli texnika və su gəmisi, döyüş sursatları – bütün bunlar Ukraynaya döyüş meydanında həqiqətən lazımdır”, - deyə o bildirib.V.Zelenski buna görə R.Sunaka təşəkkür edib: “Mən Böyük Britaniyaya və şəxsən Baş nazirə bu cür güclü dəstəyə, eləcə də müdafiə sahəsində əməkdaşlığı daha da inkişaf etdirməyə, xüsusən də dəniz və uzaqmənzilli imkanlara diqqət yetirməyə hazır olduqlarına görə minnətdaram. Biz həmçinin Rusiyanın aktivlərinin müsadirəsi üçün effektiv modelin yaradılması zərurətini müzakirə etdik və İsveçrədə keçiriləcək Sülh Sammiti və Böyük Britaniyada keçiriləcək Avropa Siyasi Birliyinin Sammitindən gözləntiləri bölüşdük”.Zərintac MayisqızıMissiya.Az

Seçilən
13
5
Mənbələr
Şərh ()
Bağla