AZ

Həyət evi almaq istəyənlərə şad xəbər: 15-20 min manat ucuzlaşacaq

Hazırda daşınmaz əmlakların, xüsusən də həyət evlərinin satışında durğunluq müşahidə olunur. Realtorlar və alıcılar bunu müxtəlif səbəblərlə izah edirlər. Satışların azalmasına başlıca səbəb kimi qiymətlərin yüksək olması göstərilir. Alıcılar sahəsi az olan və sənədləri tam qaydasında olmayan həyət evləri üçün yüksək məbləğdə ödəniş etmək istəmirlər. Bu isə bazarda durğunluğa səbəb olur. 

Bəs yaxın vaxtlarda həyət evlərinin qiymətlərində ucuzlaşma gözlənilirmi? 

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, sənədləri qaydasında olan və kommunal xidmətlərlə təmin olunmuş evlərin qiymətlərində ucuzlaşma gözlənilən deyil:

"Ucuzlaşma daha çox sənədsiz olan və kommunal xəttləri ilə təmin olunmamış evlərin qiymətlərində olacaq. Çünki bu istiqamətdə qanunvericilik sərtləşdirilib. Lakin sənədləri qaydasında olan və kommunal imkanlarla təmin olunmuş həyət evlərində qiymətlərin azalacağını düşünmürəm. Bu seqmentdə olan evlərin hər zaman alıcısı yetərincə olur və öz qiymətlərini saxlayırlar". 

Ekspert sənədsiz və komunal təminatı olmayan evlərdə isə qiymətlərin enəcəyini proqnozlaşrıb: 

"Bəzi işbazlar müəyyən ərazilərdə əhalinin sıxlığının yüksək olmasını və tələbatın çoxluğunu bəhanə edərək, qiymətləri bahalaşdırır. Belə işbazlar Zabrat, Masazır, Sulutəpə, Binəqədi kimi ərazilərdə torpaqların olduqca az olmasından istifadə edərək mövcud evlərin satış qiymətlərini əhəmiyyətli dərəcədə qaldırır. Onlar vaxtilə satın aldıqları torpaqlarda evlər tikərək, olduqca baha qiymətə satışa çıxarırlar. Onların alıcılara təqdim etdiyi əmlaklar isə əksəriyyət olaraq "makler evləri" kimi tanınan evlərdir. Bu səbəbdən də bazarda durğunluq yaşanır. Ancaq bu seqmentdə ucuzlaşma olacaq. Bu tip evlərin adətən sənədləri olmur. Ucuzlaşma digər seqmentlərə aid deyil. Son 3 il ərzində daşınmaz əmlakların qiyməti orta hesabla 30-35 faiz bahalaşıb. Bu səbəbdən son vaxtlar torpaq alıb fərdi ev tikən vətəndaşların sayı olduqca artmışdı". 

Qeyd edək kİ, mütəxəssislər 30-35 faizlik süni artımın aradan qalxacağını proqnozlaşdırırlar. Onların qınaətinə görə, bu proses sənədləri qaydasında olmayan evlərin qiymətinin təxminən 15-20 min manat ucuzlaşmasına gətirib çıxaracaq. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24184
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13545
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11511
Helikopter qəzası ilə bağlı yeni xəbər
7835
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5774
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5713
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5590
Rəisi öldü, Pakistanda matəm elan edildi
5353
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3994
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3803
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3693
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3553
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3323
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3119
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2786
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2556