AZ

Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib - "Nə vaxt istəyir, biz hazırıq"

"Azərbaycanın uğurlarını istəməyənlər məkrli niyyətlərini həyata keçirməyə başlayıb".

525.az xəbər verir ki, bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin aprelin 23-də keçirilən plenar iclasında deyib.

O bildirib ki, bu, beynəlxalq təşkilat və dövlətlər, eləcə də Azərbaycanda həmin dövlətlərə xidmət göstərən insanlar, siyasi partiyalar və s.-dir: “Azərbaycan hər zaman addımlarını beynəlxalq hüquq normalarına uyğun atır”.

S.Novruzov əlavə edib ki, Azərbaycanın tələb etdiyi və ortaya qoyduğu məsələlər haqq işidir: “Əfsus ki, dünya ölkələri özlərini demokratik adlandırsa da, bu addımların heç birində Azərbaycanın haqq işində nəinki dəstək göstərmək, onun əleyhinə ikitərəfli bağlanacaq sülh müqavilələri və digər məsələlərə qarşı məkrli niyyətlərini ortaya qoyur. Xocalı soyqırımını, Azərbaycan xalqının və insanlıq əleyhinə cinayət törədənlər, Gəncəni, Bərdəni, Tərtəri bombalayanlara qarşı bu günə qədər hələ sanksiya tətbiq olunmayıb”.

O qeyd edib ki, Azərbaycanda Əli Kərimli adında tiktoker var: "Bir kompüteri, bir də özüdür. Qoyub qabağına danışır. Təbii ki, komputer danışa bilmədiyindən ona cavab verə bilmir. Əgər Ə.Kərimlinin cəsarəti çatıb hər hansı fikir söyləmək istəyirsə istənilən internet saytda fikir bildirməsi üçün dəvət edirik. Ona başa salaq ki, dünya nədən ibarətdir. Dünya tək başqa dövlətlərə donos verməkdən ibarət deyil. Dünya xalqı və dövlətini sevməkdir. Bu gün görülən işlərə kölgə salmağa çalışmaq, insanlara düzgün olmayan məlumatlar vermək heç də yerində deyil. Nə vaxt istəyir, biz hazırıq”, - komitə sədri vurğulayıb ("Report").






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23905
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13290
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10720
Helikopter qəzası ilə bağlı yeni xəbər
6215
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5715
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5542
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4642
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4584
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3895
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3727
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3570
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3485
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3069
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2898
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2767
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2540