AZ

"Fənərbağça" çempionluq yolunda ağır zərbə aldı

Türkiyə Superliqasında XXXIII tura yekun vurulub.Bakıvaxtı.az xəbər verir ki, günün yeganə oyununda çempionluq mübarizəsi aparan "Fənərbağça" səfərdə "Sivasspor"la qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.Hesabı 45+2-ci dəqiqədə qonaqların heyətində Fred açıb. 58-ci dəqiqədə Fode Koita tablodakı rəqəmləri bərabərləşdirib. 80-ci dəqiqədə İrfan Can Kahvəci komandasını önə keçirib. Matçın yekun nəticəsini 90+4-cü dəqiqədə penaltidən Ray Manaj müəyyənləşdirib.Bu nəticədən sonra xallarını 86-ya çatdıran "Fənərbağça" ikinci pillədə qərarlaşıb. "Sivasspor" isə 45 xalla onuncu yerdədir. Turnir cədvəlinə 90 xalla "Qalatasaray" başçılıq edir.

Seçilən
177
6
Mənbələr
Şərh ()
Bağla