AZ

Kazemiro Kilian Mbappeni Kristiano Ronaldo ilə bir tərəziyə qoydu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro hazırda dünyanın ən yaxşı oyunçusu hesab etdiyi futbolçu haqda danışıb.

Arena.az Kazemironun bu barədə fikirlərini təqdim edir:

“Kilian Mbappe planetin ən yaxşı oyunçusudur və ya hazırda ən güclülərdən biridir. Çox sürətli, çox ağıllı… Bir neçə oyunda gördüm ki, fransalı hər şeyi mükəmməl edir. Bizə qarşı əla oyun göstərdi: sürətli və ağıllı idi. Bu, mənə Kristiano Ronaldonu xatırladır. 38 yaşında başqa kim 50 qol vura bilər? Kristianonun futbolda etdikləri kifayət qədər qiymətləndirilmir”, deyə Kazemiro vurğulayıb.

Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro müqabilində “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 41 qol vurub, 9 məhsuldar ötürmə verib.
Mbappenin PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 302 oyun, 253 qol, 107 məhsuldar ötürmə.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Kristiano Ronaldo isə 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. O, daha öncə “Real”, “Sportinq”, “Mançester Yunayted” və “Yuventus” kimi klublarda da oynayıb. Portuqal ulduzun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 37 oyuna çıxıb. O, bu oyunlarda 36 qol vurub, 12 məhsuldar verib.

“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
144
19
Mənbələr
Şərh ()
Bağla