AZ

Bakıda ağırtonnajlı maşın qadının üzərindən keçdi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Aprelin 17-si saat 22 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində N.Dadaşov idarə etdiyi “Howo” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən 35-40 yaşlı qadını vurub.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Seçilən
86
18
Mənbələr
Şərh ()
Bağla