AZ

Xameneidən ŞOK TƏHDİD: İran dayanmayacaq - TƏCİLİ

İranın ali dini lideri Ayətullah Əli Xamenei paytaxt Tehranda Silahlı Qüvvələr və İnqilab Keşikçiləri Korpusu (SEPAH) komandanları ilə görüşüb.

Musavat.com xəbər verir ki, görüş zamanı Xamenei Silahlı Qüvvələr və İnqilab Keşikçiləri Korpusuna İsrailə qarşı əməliyyatda uğurlarına görə təşəkkür edib.

O, İranın İsrailə hücumunu dəyərləndirib:

"Əhəmiyyətli olan nə qədər raket atıldığı və ya nə qədər hədəfin vurulduğu deyil. Vacib olan silahlı qüvvələr və İran xalqının beynəlxalq arenada bunu etmək üçün iradə nümayiş etdirməsidir".

Xamenei ölkəsinin hərbi sahədə inkişafını davam etdirməli olduğunu vurğulayıb:

"Hərbi inkişafda bir an belə dayanmamalıyıq. Çünki dayanmaq geriyə getmək deməkdir. Ona görə də biz hərbi texnologiyalar sahəsində inkişafı davam etdirməli, düşmənin texnika və üsullarını tanımaq üçün səyləri davam etdirməliyik".

Musavat.com

Seçilən
204
50
Mənbələr
Şərh ()
Bağla