AZ

Yonhap: Şimali Koreya bir neçə qısa mənzilli ballistik raket buraxıb

Şimali Koreyanın paytaxt Pxenyanın kənarından Yapon dənizinə doğru bir neçə qısa mənzilli ballistik raket atdığı iddia edilir. Bizimyol.info xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb. Seulun məlumatına görə, buraxılış yerli vaxtla təxminən 15:01-də (08:01) baş tutub. Raketlər təxminən 300 km yol qət edərək dənizə düşüb. Birləşmiş Qərargah Rəisləri raketin buraxılışını “Koreya yarımadasında sülh və sabitliyi təhdid edən təxribat” adlandırıb. Hərbçilər yeni atışlar zamanı sayıq qalacaqlarına söz veriblər. Bundan əvvəl komitə Yapon dənizinə doğru ballistik raketin buraxılması barədə məlumat vermişdi. Aprelin 19-da Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni “Pyolji-1-2” zenit-raket kompleksinin sınaq buraxılışını, həmçinin “Hvasal-1 Ra-3” strateji qanadlı raketinin ultra iri döyüş başlığının gücünün sınaqlarını keçirib. Aprelin 2-də Şimali Koreya “hipersonik sürüşmə döyüş başlığı” ilə yeni orta mənzilli “Hwasongpo-16B” raketini uğurla sınaqdan keçirib. Qadir, Bizimyol.info

Seçilən
178
23
Mənbələr
Şərh ()
Bağla