AZ

Finalların yeni hegemonu

"Mançester Yunayted" İngiltərə kubokunun (FA kuboku) yarımfinalında "Koventri Siti"ni penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edərək (əsas vaxt və əlavə vaxt - 3:3) finala yüksəlib.

Publika.az xəbər veirr ki, mankunianlılar turnir tarixində 22-ci həlledici görüşə vəsiqə qazanıb. Bu, FA kuboku tarixində rekord göstəricidir. "Qırmızı şeytanlar" bu göstəriciyə görə 21 dəfə kubokun finalına yüksələn “Arsenal”ı qabaqlayıblar.

Qeyd edək ki, İngiltərə kubokunun qalibi mayın 25-də müəyyənləşəcək. Həlledici görüşdə "Mançester Yunayted" əzəli rəqibi "Mançester Siti" ilə üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
11
Mənbələr
Şərh ()
Bağla