AZ

İngiltərə kuboku:"Mançester" klubları finalda

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Mançester Yunayted” futbol üzrə İngiltərə kubokunun yarımfinal matçında ölkə çempionatının ikinci divizionunda çıxış edən “Koventri”ni penaltilər seriyasında məğlub edib.

“İki sahil” xəbər verir ki, matçın əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb. “Mançester Yunayted”in heyətində qolları Skott MakTominey (23-cü dəqiqə), Harri Maquayr (45+1) və Bruno Fernandes (58) vurublar. "Koventri"nin heyətində Ellis Simms (71), Kallum O'Hare (79) və Hacı Rayt (90+5, penalti) fərqləniblər. Penaltilər seriyasında isə "Mançester Yunayted"in futbolçuları daha dəqiq olub - 4:2.

"Mançester Yunayted" İngiltərə kubokunun finalında "Mançester Siti" ilə qarşılaşacaq. Həlledici qarşılaşma mayın 25-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

Seçilən
116
9
Mənbələr
Şərh ()
Bağla