AZ

ABŞ-ın Ukraynaya yardımı Rusiya qüvvələrinin hücumunu sürətləndirəcək...

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin sursat çatışmazlığından istifadə edə bilər...Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyinin çəqaləsində bildirilir.“Rusiya ABŞ-dan yeni yardım göndərişi gəlməmiş vaxtdan yararlanmağa çalışaraq hücumlarını gücləndirərsə, Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti daha da pisləşə bilər”, deyə Bloomberg yazır.Məqalə müəllifləri hesab edirlər ki, Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələri arasında sursat çatışmazlığı ilə bağlı yaranmış vəziyyətdən istifadə edərək, atəş gücünü artıracaq və müəyyən uğurlar qazanacaq.Məqalədə həmçinin bildirilir ki, ABŞ-ın Ukraynaya dəstəyi Rusiyanın xüsusi hərbi əməliyyatının gedişatına həlledici təsir göstərmir. Rusiya qüvvələri say və silah baxımından üstünlüyünü qoruyur, Ukrayna qoşunları isə strateji, maddi və mənəvi çətinliklər yaşayır.Xatırladaq ki, aprelin 20-də ABŞ Konqresinin aşağı palatası Ukraynaya yeni hərbi yardım paketinin verilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Söhbət Kiyevi dəstəkləmək üçün 61 milyard dolların ayrılmasından gedir.Aprelin 23-də ABŞ Senatının sənədə səs verəcəyi gözlənilir. Ölkə parlamentinin yuxarı palatasındakı Demokratlar Partiyasının lideri Çak Şumerin deyib ki, o və həmkarları “lazımi addımı” atmağa hazırdırlar.Poliqon.info

Seçilən
103
49
Mənbələr
Şərh ()
Bağla