AZ

Şmıqal: ABŞ yardım qanun layihəsini qəbul edərsə, Ukrayna tez bir zamanda silah alacaq

Konqres Kiyevə yardım haqqında qanun layihəsini qəbul edərsə, ABŞ-dan silahlar bir neçə həftə ərzində Ukraynaya gələcək. Bizimyol.info "Reuters"ə istinadən xəbər verir ki, bu sözləri Vaşinqtona səfəri zamanı Ukraynanın baş naziri Denis Şmıqal deyib. Hökumət başçısının sözlərinə görə, Amerika rəsmiləri, o cümlədən Ağ Evdən olan şəxslər Ukrayna nümayəndə heyətini əmin ediblər ki, qanun layihəsi qəbul olunarsa, Kiyev silahları aylar deyil, həftələr ərzində alacaq. Çərşənbə günü Nümayəndələr Palatasına Ukrayna, İsrail və ABŞ-ın Hind-Sakit Okean regionundakı müttəfiqlərinə maliyyə yardımı göstərmək üçün ayrı-ayrı qanun layihələri göndərilib. Onlarla bağlı səsvermənin aprelin 20-də keçirilməsi gözlənilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Amerikanın Ukraynaya maliyyə yardımının ayrılması ilə bağlı yeni qanun layihəsini jurnalistlərə şərh edərkən vurğuladığı kimi, ABŞ bununla da Kiyevi hərbi əməliyyatları davam etdirməyə təhrik edir və öz xeyrinədir. Qadir, Bizimyol.info

Seçilən
126
49
Mənbələr
Şərh ()
Bağla