AZ

Çin: dünya okeanları güc nümayişi və hakimiyyət uğrunda mübarizə meydanı olmamalıdır

Dünya okeanları döyüş və güc nümayişi meydanına çevrilməməlidir, çünki tarix dənizdə hakimiyyət uğrunda mübarizənin bəşəriyyətə ancaq iztirablar gətirdiyini göstərir.

TASS xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini Çjan Yuxia bildirib.

Hərbi Şura sədrinin çıxışı Çinin Qingdao şəhərində (Şandun əyalətinin şərqi) 19-cu Qərbi Sakit Okean Dəniz Simpoziumunun açılışında olub.

O, okeandan dinc məqsədlərlə istifadənin bəşəriyyətin inkişafına töhfə verdiyini, onun nəzarəti uğrunda mübarizənin isə ancaq bədbəxtlik gətirdiyini vurğuladı. Dünya okeanları güc nümayişi və qarşıdurma üçün deyil, dinc yanaşı yaşamaq və ümumi maraqların möhkəmləndirilməsi platformasına çevrilməlidir.

Bu gün qlobal okean idarəçiliyi yeni problemlərlə üzləşir və okeanın təhlükəsizliyini və inkişafını təmin etmək üçün bir araya gəlməlidir. Çin ordusu həmişə beynəlxalq əməkdaşlığı dəstəkləyib və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib.

Mənbə: TASS

Seçilən
129
50
Mənbələr
Şərh ()
Bağla