AZ

İnsanlar ilk dəfə marallar arasında yayılan xəstəliyin qurbanı oldular

Amerikalı həkimlər ilk dəfə maralları "zombi"yə çevirən xroniki prion xəstəliyinin (CWD) qurbanı olduğu güman edilən iki nəfəri müəyyən ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onlar öz fərziyyələrini "Neurology" elmi jurnalında açıqlayıblar.

Hər iki hal 2022-ci ildə qeydə alınıb. Qurbanlardan biri dəfələrlə CWD-nin yayıldığı ərazilərində ovlanan maralların ətini yeyən 72 yaşlı ovçu idi. Ömrünün son həftələrində onun vəziyyəti kəskin şəkildə pisləşib: o aqressivləşib və onda demensiya əlamətləri müşahidə edilib. Müalicələrə baxmayaraq, bir ay sonra ovçu dünyasını dəyişib.

Həkimlərin fikrincə, ölümün səbəbi beynin nadir prion xəstəliyi olan Kreutzfeldt-Yakob xəstəliyinin sporadik forması olub. Onun xarakterik xüsusiyyətlərindən biri də demensiyanın sürətli inkişafıdır.

Həkimlər xəstənin tanışlarından birinin də eyni xəstəlikdən əziyyət çəkdiyini müəyyən ediblər. O da ovçu olub və onun da CWD virusuna yoluxmuş maralın ətini yediyi təxmin edilir. Bu, həqiqətən də hər iki ovçuda Kreutzfeldt-Yakob xəstəliyinə deyil, maraldan yoluxduqları CWD olduğuna dair şübhələrə səbəb olub. Bununla belə, Kreutzfeldt-Yakob xəstəliyinə səbəb olan prionların bəzi növlərini ətraflı təhlilsiz CWD törədicilərindən ayırmaq mümkün deyil.

Elmi işin müəlliflərinin fikrincə, bütün bunlar ovçuların CWD-nin qurbanı olduqları versiyasının xeyrinə danışır. Eyni zamanda onlar etiraf ediblər ki, bunu hələ yüz faiz əminliklə demək mümkün deyil.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun 

Seçilən
98
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1313
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
888
Bu yol qovşağında təmir işləri aparılacaq
580
Sabah 5 kəndin qazı kəsiləcək
524
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
441
Bakıda 9 otaqlı evdə yanğın baş verib
427
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
375
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
304
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
302
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
293
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
212
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Çingiz Mustafayevin toyudur - FOTOLAR
203
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
199
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
185
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
156
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
98
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
95
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
81
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
79