AZ

İnsanlar ilk dəfə marallar arasında yayılan "zombi" xəstəliyinin qurbanı oldular

Amerikalı həkimlər ilk dəfə maralları "zombi"yə çevirən xroniki prion xəstəliyinin (CWD) qurbanı olduğu güman edilən iki nəfəri müəyyən ediblər.

Onlar öz fərziyyələrini "Neurology" elmi jurnalında açıqlayıblar.

Hər iki hal 2022-ci ildə qeydə alınıb. Qurbanlardan biri dəfələrlə CWD-nin yayıldığı ərazilərində ovlanan maralların ətini yeyən 72 yaşlı ovçu idi. Ömrünün son həftələrində onun vəziyyəti kəskin şəkildə pisləşib: o aqressivləşib və onda demensiya əlamətləri müşahidə edilib. Müalicələrə baxmayaraq, bir ay sonra ovçu dünyasını dəyişib.

Həkimlərin fikrincə, ölümün səbəbi beynin nadir prion xəstəliyi olan Kreutzfeldt-Yakob xəstəliyinin sporadik forması olub. Onun xarakterik xüsusiyyətlərindən biri də demensiyanın sürətli inkişafıdır.
Həkimlər xəstənin tanışlarından birinin də eyni xəstəlikdən əziyyət çəkdiyini müəyyən ediblər. O da ovçu olub və onun da CWD virusuna yoluxmuş maralın ətini yediyi təxmin edilir. Bu, həqiqətən də hər iki ovçuda Kreutzfeldt-Yakob xəstəliyinə deyil, maraldan yoluxduqları CWD olduğuna dair şübhələrə səbəb olub. Bununla belə, Kreutzfeldt-Yakob xəstəliyinə səbəb olan prionların bəzi növlərini ətraflı təhlilsiz CWD törədicilərindən ayırmaq mümkün deyil.

Elmi işin müəlliflərinin fikrincə, bütün bunlar ovçuların CWD-nin qurbanı olduqları versiyasının xeyrinə danışır. Eyni zamanda onlar etiraf ediblər ki, bunu hələ yüz faiz əminliklə demək mümkün deyil.(oxu.az)


BiG.Az
Seçilən
72
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21947
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19465
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18350
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17830
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17370
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17198
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16281
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15672
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12189
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11328
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9912
"Zaur, yenə çaşdın..." - VİDEO
8912
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8760
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8092
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7678
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7319
Minimum əmək haqqı nə qədər arta bilər?
7131
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6508
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5830