AZ

Premyer Liqa: “Qəbələ” “Qarabağ”dan səfərdə xal aldı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 31-ci turunun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk matçı çempionluğu bir neçə tur öncə təmin etmiş lider “Qarabağ”la autsayder “Qəbələ” arasında keçirilib.

Kaxaber Sxadadzenin gəlişindən bəri qələbəyə həsrət olan Qəbələnin eyniadlı təmsilçisi ölkənin ən güclü komandası ilə oyunda sürprizə imza atmaq arzusundaydı. Ötən tur “Sabah”a uduzmuş Ağdam təmsilçisi isə həmin məğlubiyyəti unutdurmaq istəyirdi.

“Qarabağ”la “Qəbələ” bu günə qədər 61 oyunda üz-üzə gəlmişdilər. Bu oyunlarda ağdamlılar 36, qəbələlilər 10 qələbə qazanmışdılar, 10 görüş isə bərabərliklə yekunlaşmışdı. “Qarabağ” son 9 oyunda qalib gəlmişdisə, “Qəbələ” 23 matç idi bu rəqibi ilə oyunlarda qələbə qazanmırdı.

Dörd qolun qeydə alındığı bugünkü qarşılaşmada isə qalib müəyyənləşməyib. Hesabı açan “Qəbələ” fasilədən sonra məğlub duruma düşsə də, yekunda xal qazanmağı bacarıb.

Premyer Liqa
31-ci tur
20 aprel

“Qarabağ” – “Qəbələ” 2:2
Qollar: Yassin Benzya, 66. Abdullah Zubir, 71 – Bilel Auaşeriya, 19. Yaovi Akakpo, 84.
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 16:30.

Qarabağ: 23. Luka Quqeşaşvili, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina (k), 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Qəbələ: 1. Rəşad Əzizli, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 30. Şahin Şahniyarov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 99. Ahmed Ayzaya, 72. Osama Xalayla, 17. Yaovi Akakpo.
Baş məşqçi: Kaxaber Sxadadze.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
2
Mənbələr
Şərh ()
Bağla