AZ

CANLI YAYIM: "Qarabağ" "Qəbələ"ni qəbul edir

Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun daha iki oyunu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, ilk olaraq çempionluğunu rəsmiləşdirmiş "Qarabağ" "Qəbələ"ni qəbul edəcək.

"Köhlən atlar"ın 72 xalı var, "qırmızı-qaralar" 16 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.

Günün ikinci matçında "Neftçi" "Zirə"nin qonağı olacaq. Meydan sahibləri 46 xalla dördüncü, "ağ-qaralar" 47 xalla üçüncüdür.

Хən gün "Sumqayıt" səfərdə "Turan Tovuz"a qalib gəlib - 4:1. XXXI tur aprelin 21-də başa çatacaq.

20 aprel

16:30. “Qarabağ” – “Qəbələ” 0:0
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tofiq Bəhramov adına Respublika stadionu

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina (k), 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica

Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade

Baş məşqçi: Qurban Qurbanov

“Qəbələ”: 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 30. Şahin Şahniyarov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 9. Əyyub Allaş

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 99. Ahmed Ayzaya, 72. Osama Xalayla, 17. Yaovi Akakpo

Baş məşqçi: Kaxaber Tsxadadze

19:00. “Zirə” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə İdman Kompleksinin stadionu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
2
sportinfo.az

9Mənbələr

Şərh ()
Bağla