AZ

Qurban Qurbanovdan “feyr-pley”ə layiq növbəti addım

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov “feyr-pley”ə layiq növbəti addımla diqqət çəkib.

Bizim.Media xəbər verir ki, Misli Premyer Liqasının 31-ci turunda "Qəbələ"yə qarşı matçın 40-cı dəqiqəsində top Ağdam təmsilçisinin futbolçusundan auta çıxıb. 

Ancaq yan xətt hakimi səhv qərar verərək topun son olaraq "Qəbələ"nin oyunçusuna toxunduğunu bildirib. Qurban Qurbanov əli ilə əks tərəfi göstərərək topun rəqib deyil, "Qarabağ"ın futbolçusundan çıxdığını göstərib. Lakin hakim fikrini dəyişməyib. 

Yekunda Qurban Qurbanov futbolçusu Toral Bayramova bildirib ki, topu rəqib tərəfə göndərsin.

Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan matçda hesab bərabərdir (1:1).

Bizim.Media
 

 
Seçilən
54
5
Mənbələr
Şərh ()
Bağla