AZ

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirildi - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı ekoloji tədbirlərə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də öz töhfələrini verməkdədir. Hər il yaz və payız mövsümlərində bu istiqamətdə genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri görülür.

Teleqraf.com xəbər verir ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib. Aksiyada ADSEA-nın, Yasamal Rayon İcra Hakimiyyətinin, Yasamal bələdiyyəsinin rəhbərliyi və əməkdaşları iştirak edib.

Yaşıllaşdırma tədbirləri çərçivəsində MİDA yaşayış kompleksində, eləcə də Agentliyin idarə və müəssisələrində 1000-dən çox ağac əkilib. Həyata keçirilən aksiya zamanı ərazidə abadlıq işləri aparılaraq, yeni əkilən tinglər suvarılıb və digər ağaclara da aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsi nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23787
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13235
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10627
Helikopter qəzası ilə bağlı yeni xəbər
5968
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5702
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5529
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4535
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4410
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3858
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3718
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3560
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3471
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3069
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2854
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2763
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2536