AZ

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbir Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və Cəfər Cabbarlının ev muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova Cəfər Cabbarlının yaradıcılığından, onun Azərbaycan mədəniyyətinə xidmətlərindən danışıb.

Sonra Cəfər Cabbarlının həyat və yaradıcılığını əks etdirən, Teatr Muzeyinin fondunda qorunan materiallar əsasında hazırlanmış videoçarx nümayiş olunub.

Tədbir dramaturqun yaradıcılığı haqqında məruzələrlə davam edib.

Daha sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Məsmə Ağaverdiyeva ədibin “Ey dan ulduzu”, Bakı Bələdiyyə Teatrının aktyoru Toğrul Rza isə “Məhkum Şərqə” və “Azərbaycan bayrağına” adlı şeirlərini səsləndiriblər. Həmçinin qonaqlar Əməkdar artist Rəşad İlyasovun ifasında Cəfər Cabbarlının “Azad bir quşdum” mahnısını dinləyiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq