AZ

Bu ölkədə “tarakanabənzər dron” hazırlandı


İsveçrə mühəndislərİ uçuş zamanı maneələri dəf edən və onların yanından sərbəst ötüb keçə bilən dron (pilotsuz uçuş aparatı - PUA) hazırlayıblar.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, onlar bu texnologiyanı həşəratlarda, xüsusən də tarakanlarda müşahidə ediblər. Gələcəkdə belə bir drondan uzaq meşəlik ərazilərdə biomüxtəlifliyin dərəcəsini izləmək və ölçmək üçün istifadə edilə bilər.

İsveçrənin Federal Meşə, Qar və Landşaft Araşdırmaları İnstitutunun (WSL) açıqlamasında qeyd olunur ki, sıx meşə bitki örtüyü olan ərazilərdə ətraf mühitin monitorinqi alimlər üçün ciddi problem olaraq qalır. Məsələn, uzaq məsafəli rejimdə meşə ağaclarının aşağı hissəsinə nüfuz etmək hələ də mümkün deyil, çünki budaqlar dronun uçuşa davam etməsinə mane olur və onu öz trayektoriyasından ayırır.

İndi Emanuel Aukonenin rəhbərlik etdiyi WSL mühəndislər qrupu Sürix Federal Ali Texniki Məktəbinin (ETHZ) və Piza Universitetinin alimləri ilə birlikdə bu problemin həllini tapıblar. Onlar müvafiq texnologiyanı həşəratlarda, daha doğrusu xitinöz gövdəsi aerodinamik formaya malik və aşağı sürtünmə əmsalı olan materialdan ibarət olan tarakanlarda müşahidə ediblər. Taktiki və texniki məlumatlarını “Nature Communications” jurnalında dərc etdikləri bənzər texnologiyanı alimlər dronda istifadə etmək qərarına gəliblər.

Tədqiqatçılar dronu ətraf mühitdə budaqlar və ya digər bitki örtüyü ilə təmasda olduqda, uçuş aparatına toxunma reaksiyasını təmin edən ətraf mühit zəkası ilə təchiz ediblər. İlk sınaqlarda “tarakanabənzər dron” uçuş zamanı yarpaqları olan budaqları uğurla itələyə və onların yanından keçə bilib. Alimlər növbəti mərhələdə drona eyni anda bir neçə maneəyə “reaksiya verməyi” öyrətməklə, onu təkmilləşdirməyi planlaşdırırlar.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10205
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8029
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
3118
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1675
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1577
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1551
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1519
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1021
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
722
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
637
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
568
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
531
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
377
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
363
Arda Gülər dayanmır, yenə fərqləndi -
341
Arda dubl etdi - VİDEO
299
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
283
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
251
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
238