AZ

“Tarakanabənzər” dron hazırlanıb

İsveçrə mühəndisləri uçuş zamanı maneələri dəf edən və onların yanından sərbəst ötüb keçə bilən dron (pilotsuz uçuş aparatı - PUA) hazırlayıblar.

Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, onlar bu texnologiyanı həşəratlarda, xüsusən də tarakanlarda müşahidə ediblər. Gələcəkdə belə bir drondan uzaq meşəlik ərazilərdə biomüxtəlifliyin dərəcəsini izləmək və ölçmək üçün istifadə edilə bilər.

İsveçrənin Federal Meşə, Qar və Landşaft Araşdırmaları İnstitutunun (WSL) açıqlamasında qeyd olunur ki, sıx meşə bitki örtüyü olan ərazilərdə ətraf mühitin monitorinqi alimlər üçün ciddi problem olaraq qalır. Məsələn, uzaq məsafəli rejimdə meşə ağaclarının aşağı hissəsinə nüfuz etmək hələ də mümkün deyil, çünki budaqlar dronun uçuşa davam etməsinə mane olur və onu öz trayektoriyasından ayırır.

İndi Emanuel Aukonenin rəhbərlik etdiyi WSL mühəndislər qrupu Sürix Federal Ali Texniki Məktəbinin (ETHZ) və Piza Universitetinin alimləri ilə birlikdə bu problemin həllini tapıblar. Onlar müvafiq texnologiyanı həşəratlarda, daha doğrusu xitinöz gövdəsi aerodinamik formaya malik və aşağı sürtünmə əmsalı olan materialdan ibarət olan tarakanlarda müşahidə ediblər. Taktiki və texniki məlumatlarını “Nature Communications” jurnalında dərc etdikləri bənzər texnologiyanı alimlər dronda istifadə etmək qərarına gəliblər.

Bundan əlavə, tədqiqatçılar dronu ətraf mühitdə budaqlar və ya digər bitki örtüyü ilə təmasda olduqda, uçuş aparatına toxunma reaksiyasını təmin edən ətraf mühit zəkası ilə təchiz ediblər. İlk sınaqlarda “tarakanabənzər dron” uçuş zamanı yarpaqları olan budaqları uğurla itələyə və onların yanından keçə bilib. Alimlər növbəti mərhələdə drona eyni anda bir neçə maneəyə “reaksiya verməyi” öyrətməklə, onu təkmilləşdirməyi planlaşdırırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17175
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12404
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9921
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4050
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3645
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3149
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2965
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2552
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2177
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2090
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1523
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1082
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1007
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
978
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
962
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
945
Mayın ilk gününün havası açıqlanıb
865
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
773