AZ

"Qarabağ" "Qəbələ"ni, "Zirə" "Neftçi"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha iki oyunu keçiriləcək.Bakıvaxtı.az xəbər verir ki, ilk olaraq çempionluğunu rəsmiləşdirmiş "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. "Köhlən atlar"ın 72 xalı var, "qırmızı-qaralar" 16 xalla sonuncu - səkkizinci pillədə qərarlaşıb.Günün ikinci matçında "Neftçi" "Zirə"nin qonağı olacaq. Meydan sahibləri 46 xalla dördüncü, "ağ-qaralar" 47 xalla üçüncü sıradadır.Azərbaycan Premyer LiqasıXXXI tur20 aprel (şənbə)16:30. “Qarabağ” – “Qəbələ”Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy RəhimovHakim-inspektor: Barış ŞimşekAFFA nümayəndəsi: Asif ƏliyevTofiq Bəhramov adına Respublika Stadionu19:00. “Zirə” – “Neftçi”Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal UmudluHakim-inspektor: Əmrah İbrahimovAFFA nümayəndəsi: İlham ƏliyevZirə İdman Kompleksinin stadionuQeyd edək ki, ötən gün "Sumqayıt" səfərdə "Turan Tovuz"a qalib gəlib - 4:1. XXXI tur aprelin 21-də başa çatacaq.

Seçilən
116
16
Mənbələr
Şərh ()
Bağla