AZ

Premyer Liqa: 31-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 31-ci turunun oyunlarına hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

31-ci tura bu gün keçiriləcək “Turan Tovuz” – “Sumqayıt” oyunu ilə start veriləcək. Bu qarşılaşmanı FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Sabah keçiriləcək “Qarabağ” – “Qəbələ” oyununda Fərid Hacıyev söz sahibi olacaqsa, “Zirə” – “Neftçi” görüşü İnqilab Məmmədova həvalə olunub.

Sonuncu oyun gününə təsadüf edəcək “Kəpəz” – “Sabah” matçının baş hakimi Rauf Cabbarov olacaq. “Araz-Naxçıvan” – “Səbail” oyununda isə ədaləti Tural Qurbanov qorumağa çalışacaq.

Premyer Liqa
31-ci tur
19 aprel

“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz şəhər stadionu, 16:30.

20 aprel

“Qarabağ” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 16:30.

“Zirə” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

21 aprel

“Kəpəz” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Tovuz şəhər stadionu, 16:30.

“Araz-Naxçıvan” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Mərdəkan. “Dalğa Arena” 19:00.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
30
arena.az

10Mənbələr