AZ

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Rusiya 2024-cü ilin yanvar-mart aylarında 4,27 milyon kubmetr taxta-şalban ixrac edib ki, bu da keçənilki göstəricidən 3,5 faiz azdır. Azərbaycan Rusiyadan taxta-şalban idxal edən ölkələrin ilk onluğuna daxildir.

Trend “Roslesxoz” tabeliyində olan “Roslesinforq” federal meşə uçotu qurumunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə ilk dəfə olaraq tədarükünü 3,2 dəfə artıraraq, Rusiya taxta-şalbanının əsas idxalçı ölkələrinin üçlüyünə daxil olub.

Eyni zamanda, başlıca ənənəvi istiqamətlərə - Çin və Özbəkistana ixracın həcmi azalıb ki, bu da ticarət axınlarının yenidən bölüşdürülməsindən xəbər verir. “Roslesinforq” qeyd edir ki, ağac tədarükü həcminin azalması üzrə qlobal tendensiya da bu məsələdə rol oynayıb.

Rusiyadan taxta-şalban alıcıları reytinqində üçüncü yerə yüksələn Türkiyə ikinci il dalbadal tədarük indeksində böyük artım nümayiş etdirib: 2024-cü ilin yanvar-mart aylarında bu ölkəyə 292,2 min kubmetr material daşınıb ki, bu da tədarükün 5 dəfə artdığı 2023-cü ilin birinci rübü ilə müqayisədə 3,2 dəfə çoxdur. Rusiya departamentinin bəyanatında deyilir:

“Ötən ilin fevral zəlzələlərindən sonra və irimiqyaslı infrastruktur layihələrinin icrası fonunda Türkiyəyə tədarük artır. Rusiyadan Türkiyəyə taxta-.alban yüklərinin çatdırılmasını sürətləndirmək üçün indi yeni logistik marşrutlar hazırlanır”.

İdxalçılar arasında dördüncü yerdə olan İrana tədarük 1,7 dəfə artıb. Honkonq Rusiyadan taxta-şalban idxal edən ilk beş bazarın sonunda gəlir.

Rusiyanın taxta-şalban idxalçılarının ilk onluğuna Azərbaycan, Qazaxıstan, Tacikistan, Yaponiya və Qırğızıstan da daxildir. Yaponiya istisna olmaqla, qalanların hamısı idxal həcmini azaldıb. Yaponiyaya tədarükün həcmi 4,2 faiz artıb.

Hesabat dövründə, həmçinin BƏƏ, Livan, Sinqapur, Əfqanıstan, İordaniya, Tayvan, Hindistan, Gürcüstan, Belarus, Serbiya və sairə ölkələrə Rusiyanın taxta-şalban ixracının həcmi çoxalıb.


Seçilən
54
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19690
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19044
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18118
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17412
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16001
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15923
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15725
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15185
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11675
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11188
"Zaur, yenə çaşdın..." - VİDEO
8781
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7862
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7454
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7347
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7294
Minimum əmək haqqı nə qədər arta bilər?
6998
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6813
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6052
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5687