AZ

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Rusiya 2024-cü ilin yanvar-mart aylarında 4,27 milyon kubmetr taxta-şalban ixrac edib ki, bu da keçənilki göstəricidən 3,5 faiz azdır. Azərbaycan Rusiyadan taxta-şalban idxal edən ölkələrin ilk onluğuna daxildir.

FED.az xəbər verir ki, “Roslesinforq” federal meşə uçotu qurumunun mətbuat xidmətinin məlumatına görə,  Türkiyə ilk dəfə olaraq tədarükünü 3,2 dəfə artıraraq Rusiya taxta-şalbanının əsas idxalçı ölkələrinin üçlüyünə daxil olub. Eyni zamanda, başlıca ənənəvi istiqamətlərə - Çin və Özbəkistana ixracın həcmi azalıb ki, bu da ticarət axınlarının yenidən bölüşdürülməsindən xəbər verir. “Roslesinforq” qeyd edir ki, ağac tədarükü həcminin azalması üzrə qlobal tendensiya da bu məsələdə rol oynayıb.

Rusiyadan taxta-şalban alıcıları reytinqində üçüncü yerə yüksələn Türkiyə ikinci il dalbadal tədarük indeksində böyük artım nümayiş etdirib: 2024-cü ilin yanvar-mart aylarında bu ölkəyə 292,2 min kubmetr material daşınıb ki, bu da tədarükün 5 dəfə artdığı 2023-cü ilin birinci rübü ilə müqayisədə 3,2 dəfə çoxdur. Rusiya departamentinin bəyanatında deyilir: “Ötən ilin fevral zəlzələlərindən sonra və irimiqyaslı infrastruktur layihələrinin icrası fonunda Türkiyəyə tədarük artır. Rusiyadan Türkiyəyə taxta-.alban yüklərinin çatdırılmasını sürətləndirmək üçün indi yeni logistik marşrutlar hazırlanır”.

İdxalçılar arasında dördüncü yerdə olan İrana tədarük 1,7 dəfə artıb. Honkonq Rusiyadan taxta-şalban idxal edən ilk beş bazarın sonunda gəlir.

Rusiyanın taxta-şalban idxalçılarının ilk onluğuna Azərbaycan, Qazaxıstan, Tacikistan, Yaponiya və Qırğızıstan da daxildir. Yaponiya istisna olmaqla, qalanların hamısı idxal həcmini azaldıb. Yaponiyaya tədarükün həcmi 4,2 faiz artıb.

Hesabat dövründə, həmçinin BƏƏ, Livan, Sinqapur, Əfqanıstan, İordaniya, Tayvan, Hindistan, Gürcüstan, Belarus, Serbiya və sairə ölkələrə Rusiyanın taxta-şalban ixracının həcmi çoxalıb. (Azərtac)

Seçilən
43
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21973
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19466
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18355
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17831
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17386
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17222
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16282
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15674
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12189
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11334
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9938
"Zaur, yenə çaşdın..." - VİDEO
8917
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8764
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8102
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7678
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7320
Minimum əmək haqqı nə qədər arta bilər?
7134
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6520
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5838