AZ

Ölkə iqtisadçıları, alimlər müzakirələr üçün AzMİU-da bir araya gəldilər - FOTO

Aprelin 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış” mövzusunda respublika elmi-praktik konfrans keçirilib.

Redaktor.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən konfransda Auditorlar Palatası, müxtəlif institutlar, elmi-tədqiqat mərkəzləri, ali təhsil ocaqlarından nümayəndələr və məruzəçilər iştirak ediblər.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək iştirakçıları salamlayıb və konfransın əhəmiyyətinə diqqət çəkib. Rektor qeyd edib ki, Vətən müharibəsindən sonra regionda yaranan yeni geosiyasi proseslər fonunda Qərbi Azərbaycanla bağlı məsələlərin aktuallaşması universitetimiz üçün mühüm vəzifələr yaradıb. Konfransın həm də bu vəzifələrin yerinə yetirilməsi məqsədilə keçirildiyini vurğulayan rektor bildirib ki, konfrans AzMİU ilə ölkənin qabaqcıl iqtisadi təhlil və tədqiqat mərkəzləri arasında Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialının öyrənilməsi üzrə effektiv əməkdaşlıq imkanı yaradacaq.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında AzMİU-nun təşəbbüsünü alqışlayıb və qeyd edib ki, Qərbi Azərbaycanın iqtisadi potensialının, bu potensialın region iqtisadiyyatına, siyasi və sosial proseslərə təsirinin öyrənilməsi son dərəcə strateji məsələdir.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov bildirib ki, bu gün AzMİU-da keçirilən konfrans Qərbi Azərbaycanın həm keçmiş, həm də müasir iqtisadiyyatının öyrənilməsində çox vacib və əhəmiyyətli addımdır.  Bu sahədə alimlərin, gənc tədqiqatçıların elmi araşdırmalar aparması mövcud iqtisadi vəziyyəti gözlər önünə gətirəcək, bölgənin inkişafı üçün böyük əmək sərf etmiş soydaşlarımızın xidmətlərini yenidən xatırladacaq.   

Konfransın plenar iclasında Auditorlar Palatasının sədri Vahid Novruzovun “Qərbi Azərbaycan iqtisadiyyatının mövcud durumu, problemləri və perspektivləri”, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri professor Əvəz Ələkbərovun “1988-ci ilə qədərki dövrdə Qərbi Azərbaycanda yaşayan bölgələrin Ermənistan SSR-nin iqtisadiyyatında rolu”, Milli Məclisin deputatı Musa Urudun “Zəngəzurda türk mənşəli toponimlərə erməni soyqırım siyasəti”, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru professor Vüsal Qasımlının “Qərbi Azərbaycan: Ana vətənlə iqtisadi reinteqrasiya” mövzularında  məruzələri yer alıb. Konfrans sosial iqtisadi potensial və gələcəyə baxış olmaqla 2 bölmə üzrə keçirilib. Bölmələrdə “Qərbi Azərbaycanın sosial-iqtisadi inkişaf potensialı”, “Qərbi Azərbaycanın regionlarının tarixi-iqtisadi potensialı və gələcəyə baxış” mövzularında məruzələr dinlənilib.

Məruzəçilər konfransın mövzusuna uyğun olaraq Qərbi Azərbaycan iqtisadiyyatının mövcud durumu, problemləri, perspektivləri, iqtisadi inkişaf potensialını birgə müzakirə edib, bu regionun keçmişinə, bu gününə, gələcəyinə nəzər yetirib və birgə həll yolları axtarıblar.

Qeyd edək ki, konfransa ümumilikdə 35 məruzə daxil olub.  

Konfransın işi bölmə iclasları ilə davam etdirilib.

222222
Seçilən
73
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1082
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
710
Sabah 5 kəndin qazı kəsiləcək
517
Bu yol qovşağında təmir işləri aparılacaq
472
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
418
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
307
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
266
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
245
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
228
Bakıda 9 otaqlı evdə yanğın baş verib
213
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
209
Çingiz Mustafayevin toyudur - FOTOLAR
170
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
162
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
161
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
123
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
110
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
74
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
73
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
70
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
62