AZ

Əziz Ələkbərli: “Qərbi Azərbaycanın iqtisadi potensialının öyrənilməsi son dərəcə strateji məsələdir”

Qərbi Azərbaycanın iqtisadi potensialının, bu potensialın region iqtisadiyyatına, siyasi və sosial proseslərə təsirinin öyrənilməsi son dərəcə strateji məsələdir.

"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış” mövzusunda keçirilən respublika elmi-praktik konfransda deyib.

O vurğulayıb ki, Qərbi Azərbaycan torpaqları Azərbaycanın tarixi torpaqları olub: “Soydaşlarımız bu torpaqlardan çıxarılıb. İnsanlar qovularaq külli miqdarda maddi və mənəvi zərərlərə məruz qalıblar. Biz bunları hesablamalıyıq və bunları beynəlxalq məhkəmələrə çıxarmalıyıq. Dəymiş zərər hesablanmalıdır. "Qayıdış konsepsiyasında bizim qayıdışımızın bütün detalları əksini tapıb".

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qeyd edib ki, Vətən müharibəsindən sonra regionda yaranan yeni geosiyasi proseslər fonunda Qərbi Azərbaycanla bağlı məsələlərin aktuallaşması universitet üçün mühüm vəzifələr yaradıb.

Konfransın həm də bu vəzifələrin yerinə yetirilməsi məqsədilə keçirildiyini vurğulayan rektor bildirib ki, konfrans AzMİU ilə ölkənin qabaqcıl iqtisadi təhlil və tədqiqat mərkəzləri arasında Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialının öyrənilməsi üzrə effektiv əməkdaşlıq imkanı yaradacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Akademiyanın Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov bildirib ki, bu gün AzMİU-da keçirilən konfrans Qərbi Azərbaycanın həm keçmiş, həm də müasir iqtisadiyyatının öyrənilməsində çox vacib və əhəmiyyətli addımdır. Bu sahədə alimlərin, gənc tədqiqatçıların elmi araşdırmalar aparması mövcud iqtisadi vəziyyəti gözlər önünə gətirəcək, bölgənin inkişafı üçün böyük əmək sərf etmiş soydaşlarımızın xidmətlərini yenidən xatırladacaq.

Konfransın plenar iclasında Auditorlar Palatasının sədri Vahid Novruzovun “Qərbi Azərbaycan iqtisadiyyatının mövcud durumu, problemləri və perspektivləri”, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri professor Əvəz Ələkbərovun “1988-ci ilə qədərki dövrdə Qərbi Azərbaycanda yaşayan bölgələrin Ermənistan SSR-nin iqtisadiyyatında rolu”, Milli Məclisin deputatı Musa Urudun “Zəngəzurda türk mənşəli toponimlərə erməni soyqırım siyasəti” mövzularında məruzələri yer alıb. Konfrans sosial iqtisadi potensial və gələcəyə baxış olmaqla 2 bölmə üzrə keçirilib. Bölmələrdə “Qərbi Azərbaycanın sosial-iqtisadi inkişaf potensialı”, “Qərbi Azərbaycanın regionlarının tarixi-iqtisadi potensialı və gələcəyə baxış” mövzularında məruzələr dinlənilib.

Məruzəçilər konfransın mövzusuna uyğun olaraq Qərbi Azərbaycan iqtisadiyyatının mövcud durumu, problemləri, perspektivləri, iqtisadi inkişaf potensialını birgə müzakirə edib, bu regionun keçmişinə, bu gününə, gələcəyinə nəzər yetirib və birgə həll yolları axtarıblar.

Qeyd edək ki, konfransa ümumilikdə 35 məruzə daxil olub. Konfransın işi bölmə iclasları ilə davam etdirilib.

Seçilən
88
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20380
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19196
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18175
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17570
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16426
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16228
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16029
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15321
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11831
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11236
"Zaur, yenə çaşdın..." - VİDEO
8819
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8325
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7947
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7821
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7399
Minimum əmək haqqı nə qədər arta bilər?
7035
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6961
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6201
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5727