AZ

Ailə üzvlərinin qətlinə görə tutulan Fikrətlə bağlı yeni fakt:

Gecə saatlarında Sumqayıtda ər və arvadın qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb.Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı qətldə şübhəli bilinən Fikrət Məmmədovun narkotik vasitə istifadəçisi olması müəyyənləşib.İddiaya görə, o, tez-tez valideynlərindən pul tələb edirmiş və buna görə evdə dava salırmış. Aprelin 8-də isə Fikrət yaşadığı binanın qarşısında uşaqlıq dostu ilə pula görə dalaşıb. Həmin vaxt hadisə yerinin yaxınlığında olan polislər Fikrəti saxlamaq istəyərkən o, müqavimət göstərib.Həmin gün saxlanılan Fikrət Məmmədov barəsində Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə protokol tərtib edilib. Sumqayıt Şəhər Məhkəməsi Fikrəti törətdiyi əmələ görə 150 manat cərimə edərək sərbəst buraxıb.Gecə törədilmiş qətl hadisəsinin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bu gecə saat 03 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Zərifə Məmmədovanın yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən onların oğlu, 2000-ci təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Seçilən
93
22
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
86
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
58
Bu yol qovşağında təmir işləri aparılacaq
49
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
44
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
41
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
31
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
26
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
25
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
24
Ожидается перезапуск франшизы «Бегущий в лабиринте»
24
Çingiz Mustafayevin toyudur - FOTOLAR
23
Rusiya XİN: Rusiya sərhədçilərinin çıxarılması Ermənistan tərəfinin xahişi ilə müzakirə olunub
22
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
20
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
19
YENİ QƏRAR: Bu evlərə “kupça” verilməyəcək 
13
MLS-in səviyyəsini tənqid etdi: Messinin oyununu şişirtmək lazım deyil
13
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
11
Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər mükafatlandırılacaq
11
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
11
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
9