AZ

MLS-in səviyyəsini tənqid etdi: Messinin oyununu şişirtmək lazım deyil

Amerika futbolunun əfsanəsi Ceyson Kelsi ABŞ MLS liqasının səviyyəsini tənqid edib.

Publika.az xəbər verir ki, o, Lionel Messinin "İnter Mayami"dəki çıxışının çox şişirdilməli olmadığını qeyd edib.

“MLS fərqlidir. Bu, xarici futbol deyil. İnsanlar futboldan danışanda onların ağlına MLS deyil, xaricdəki bütün bu böyük klublar, dünya çempionatı gəlir. Mən demirəm ki, MLS oyunlarına baxmaq istəmirəm. Bu, sadəcə başqa səviyyədir. Messinin Mayamidə oynadığını görmək onun "Barselona"da və ya dünya çempionatında oynaması ilə eyni deyil. Maykl Cordanı qolf meydançasında görmək onu "Çikaqo Bulls" forması ilə görməklə eyni deyil.

Dünyanın əsas səhnəsində oynayan dünyanın ən yaxşı futbolçusu haqqında danışanda bu başqa bir şeydir. Lionel Messinin "Kanzas-Siti"ni yıxdığını görmək isə başqa şey”.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla