AZ

“Bank Avrasiya” ötən günləri qaytara bilmir - Mənfəətdə milyonluq azalma!

2024-cü ilin I rübündə “Bank Avrasiya”nın xalis mənfəəti 1 milyon 201 min manat təşkil edib.

Valyuta.az banka istinadən vəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 22,8% azdır. 

“Bank Avrasiya”nın faiz gəlirləri bu ilin I rübündə 3 milyon 599 min manat təşkil edib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,9%, yaxud da 268 min manat azdır. Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 36 min manat, yaxud da 6,3% azalaraq 529 min manat təşkil edib.

Hesabat dövründə bankın faiz xərcləri 605 min manat olub. Bu, 2023-cü illə müqayisidə 23,9% çoxdur. Bankın qeyri-faiz xərcləri isə 1 milyon 659 min manat olub. Bu, 2023-cü illə müqayisədə 6,9% azdır.

“Bank Avrasiya”nın əmək haqqı və digər kompensiya növləri üzrə xərcləri 741 min manat olub. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,7% azdır. 

Hesabat dövründə bank mənfəət vergisi ödəməyib. 

“Bank Avrasiya”nın aktivlərinin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 570 min manat, yaxud da 0,3% azalaraq 183 milyon 967 min manat təşkil edib. Bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərinin məbləği 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə  34,8% artaraq 36 milyon 085 min manat olub.   

“Bank Avrasiya” 2024-cü ilin I rübündə müştərilərə 121 milyon 849 min manat xalis kredit verib, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 272 min manat, yaxud da 1,8% azdır. Bankın öhdəliklərinin dəyəri 102 milyon 291 min manat təşkil edib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,7% azdır. 

Hesabat dövründə bankın depozitlərinin məbləği 50 milyon 327 min manat olub, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% çoxdur. Bankda fiziki şəxslərin depozitlərinin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,9% artaraq 46 milyon 268 min manat təşkil edib. Hüquqi şəxslərin depozitləri isə 1 milyon 976 min manat azalaraq 4 milyon 58 min manat olub. 

2023-cü il aprel ayının 1-nə “Bank Avrasiya”nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 1.5% və ya 1 milyon 237 min manat artaraq 81 milyon 675 min manat təşkil edib.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
3
Mənbələr
Şərh ()
Bağla