AZ

Avropa Liqası: 3 komanda yarımfinala vəsiqə qazandı

UEFA Avropa Liqasında yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub.

Publika.az xəbər verir ki, İtaliya təmsilçisi "Atalanta" doğma meydanda İngiltərənin "Liverpul"una 0:1 hesabı ilə məğlub olsa da, ilk oyunda aldığı 3:0 hesablı üstünlüyə görə adını yarımfinala yazdırıb.

1/4 final mərhələsinin İtaliya duelində "Roma" və "Milan" komandaları üz-üzə gəliblər. İlk matçda rəqibinə 1:0 hesabı ilə qalib gələn "canavarlar" bu dəfə də üstün olaraq yarımfinala adlayıblar - 2:1.

Seçilən
175
5
Mənbələr
Şərh ()
Bağla