AZ

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Avropa

Bakı, 19 aprel, AZƏRTAC

UEFA Avropa Liqasında yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub.

AZƏRTAC xəbər verir ki, İtaliya təmsilçisi "Atalanta" doğma meydanda İngiltərənin "Liverpul"una 0:1 hesabı ilə məğlub olsa da, ilk oyunda aldığı 3:0 hesablı üstünlüyə görə adını yarımfinala yazdırıb.

1/4 final mərhələsinin İtaliya duelində "Roma" və "Milan" komandaları üz-üzə gəliblər. İlk matçda rəqibinə 1:0 hesabı ilə qalib gələn "canavarlar" bu dəfə də üstün olaraq yarımfinala adlayıblar - 2:1.

Almaniya "Bayer"i İngiltərədə "Vest Hem"lə 1:1 hesablı heç-heçə etsə də, ilk görüşdə (2:0) qazandığı qələbə sayəsində 1/2 finala vəsiqə əldə edib.

Seçilən
167
5
Mənbələr
Şərh ()
Bağla